"Azərbaycanla Rusiya arasında yaxşı ticarət dinamikası var" - Prezident

18:00 22.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanla Rusiya arasında yaxşı ticarət dinamikası var. Azərbaycanla Rusiya arasında əmtəə dövriyyəsi 3 milyard dolları ötüb.

Hafta.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 22-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə təkbətək görüşündə deyib.

Dövlət başçısı bildirib ki, dünya birliyi regionumuzda yaranmış yeni reallığı qəbul edib. Azərbaycan kimi, Ermənistanın da 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli Bəyanatın müddəalarını yerinə yetirəcəyinə ümid edirik.